METEOROLOJİ CİHAZLAR

meteoroloji elementləri ölçən cihaz və qurğular. Hər cür hava şəraitində işləmək üçün nəzərdə tutulur. Müxtəlif meteoroloji stansiyalarda aparılan müşahidələrin nəticələrini müqayisə etmək məqsədi ilə M.c. birtipli düzəldilir. Əksəriyyəti meteoroloji st.-ın meydançalarında quraşdırılır. M.c. özüyazan və vizual hesablamalar aparan cihazlara ayrılır. Aeroloji aktinometrik və atmosferinin elektrikliyini öyrənən cihazlar xüsusilə seçilir.
METEOROLOGİYA
METEOROLOJİ ELEMENTLƏR
OBASTAN VİKİ
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Meteoroloji stansiya
Xüsusi meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 4 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada yarımçıq proqramla müşahidələr aparılır, II və III stansiyalarda mexaniki rəhbərlik edilir. IV ixtisaslaşmış stansiyalardır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın. Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Elektrovakum cihazlar
Elektrovakuum cihazlar — daxilində vakuumda və ya, qazda hərəkət edən elektronların, yaxud, ionların hərəkəti hesabına elektrik keçiriciliyi yerinə yetirilən cihazlardır. Elektrovakuum cihazları elektron-idarə olunan lampalara, elektron-şüa və qazboşalma cihazlarına bölünürlər. İstənilən elektrovakuum cihazının əsas konstruktiv elementləri balonun (qaz keçməyən örtüyün) daxilində yerləşdirilmiş elektrodlardır. Elektrodlar, elektronları (ionları) emissiya edən (buraxan), yaxud yığan, ya da onların bir elektroddan o biri elektroda hərəkətini idarə edən naqillərdir. Təyinatından asılı olaraq elektrovakuum cihazlarının elektrodları katod, anod və idarəedici elektrodlara bölünürlər. Katod bu cihazlarda elektronlar mənbəyidir. Anod sürətləndirici elektrod olub çıxış elektrodu və əsas kollektor (yığıcı) rolunu oynayır. İdarəedici elektrod, əsas elektron selini idarə etmək üçün nəzərdə tutulmuş elektroddur. Əgər idarəedici elektrod tor şəklində hazırlanıbsa, onu idarəedici tor adlandırırlar. Elektrodları sap, müstəvi lövhə, boş silindr və spiral şəklində hazırlayırlar, onları balonun daxilində xüsusi tutqacların üstündə: traverslərdə və slyudada , yaxud keramik izolyatorlarda bərkidirlər.
Fotometrik cihazlar
Fotometrik anlayışlar — Maddədə həyəcanlanma vəziyyətindən normal vəziyyətə qayıdarkən elektronların keçməsi nəticəsində əmələ gələn atomların, ionların, molekulların və bu maddələrin daha mü- rəkkəb hissəciklərinin işıqlanması lüminessensiya adlandırılır. Maddənin lüminessensiyasının başlanması üçün ona kənardan müəyyən miqdarda enerji çatdırmaq vacibdir. Maddə hissəcik-ləri onlara çatdırılan enerjini udaraq, müəyyən müddət ərzində o halda qalmaqla həyəcanlanma vəziyyətinə keçir. Sonra onlar həyəcanlanma enerjisinin bir hissəsini lüminessensiya kvantları şəklində itirərək sükunət halına qayıdır. Ultrabənövşəyi və görünən tezliklərin optik diapazonunun işıq şüalarının təsiri altında əmələ gələn işıqlanma, həyəcanlanma səviyyəsinin növündən və bu vəziyyətdə qalma müddətindən asılı olaraq fluoressensiya və fosforessensiya kimi iki növə ayrılan fotolüminessensiya adını daşıyır. Analitik və biokimyəvi tədqiqatlarda tez-tez rəngsiz məhlulun rəngli məhlula çevrilməsi ilə nəticələnir ki, bu da müəyyən dalğa uzunluqlu işıq şüalarını udmaq qabiliyyətinə malikdir. Əgər qırmızı rəng intensiv udularsa onda məhlul yaşıl və ya göy rəngdə, bənövşəyi rəng udulursa məhlul sarı olur. Müxtəlif dalğa uzunluqlu işığın udulmasını göstərən qrafik spektral əyri adlanır. Adətən fotometriyada ən yüksək işıq udma oblastından istifadə edilir. Əyridə maksimumun miqdarı variasiya edə bilər, ancaq adətən görmə oblastında bir-iki maksimumu olur.
Optik cihazlar
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar. İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir. İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir: İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür Fotometr — işığın intensivliyini ölçür Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür Avtokollimator — bucaq sapmalarını ölçür Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər. Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
Yarımkeçirici cihazlar
Yarımkeçirici cihazlar elektriki komponent olub yarımkeçirici materiallardan xüsusi ilə silisium, germanium və qalium-arsenid kimi təbii yarımkeçiricilərdən hazırlanan cihazlardır. Elektron elektrik keçiricilikli maddələrin böyük qrupu, hansıların ki, xüsusi müqaviməti normal temperaturda keçiricilərin və dielektriklərin xüsusi müqavimətləri arasında yerləşir, yarımkeçiricilərə aid edilə bilərlər. Yarımkeçiricilərin elektrik keçirməsi yüksək dərəcədə xarici energetik təsirlərdən, həmçinin yarımkeçiricinin öz tərkibində olan hədsiz dərəcədə az miqdarda olan müxtəlif qarışıqlardan asılıdır. Yarımkeçiricilərin elektrik keçiriciliyinin temperaturanın, işığın, elektrik sahəsinin, mexaniki qüvvələrin, təsiri altında idarə olunması uyğun olaraq, termorezistorların (termistorların), fotorezistorların, qeyri-xətti rezistorların (varistorların), tenzorezistorların və s. iş prinsiplərinin əsasına qoyulmuşdur. Yarımkeçiricilərdə iki tip elektrik keçiriciliyinin – elektron (n) və elektron-deşik (p) olması p – n keçidli yarımkeçirici məmulatın əldə edilməsinə imkan verir. Bura müxtəlif tipli həm güclü, həm də kiçik güclü düzləndiricilər, gücləndiricilər və generatorlar aiddirlər. Yarımkeçirici sistemlər müvəffəqiiyyətlə müxtəlif enerji növlərini elektrik cərəyanı enerjisinə çevirmək üçün istifadə oluna bilərlər. Yarımkeçirici çeviricilərə misal kimi günəş batareyaların və termoelektrik generatorlarını göstərmək olar. Yarımkeçiricilərin köməyi ilə bir neçə on dərəcəlik soyutma da əldə etmək mümkündür.
Mobil cihazlar
Mobil cihaz, həmçinin əl kompüteri — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.
Avtomatik meteoroloji sistemlər
Son onilliklər ərzində istismara yararlı, uzaq məsafələr qət edən, yüksək sürətə malik hava laynerlərinin meydana çıxması ilə əlaqədar olaraq, dumanda görünüş məsafəsinin ölçülməsi zamanı 10 m-lik dəqiqlik tələb olunur və xüsusən də qalxma-enmə zonasında hava gəmilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yer səthi üzərində küləyin sürət və istiqamətinin və digər meteoroloji kəmiyyətlərin ölçülmə dəqiqliyinə olan tələblər də xeyli artmışdır. Ona görə də operativliyin tam təmin olunması üçün uçuşların meteoroloji təminatı vəzifəsinə qarşı qoyulan əsas tələblər məlumatların vaxtlı-vaxtında və tam şəkildə çatdırılmasından ibarət olur. Yuxarıda qeyd edilən şərtlərlə əlaqadar olaraq istismar edilən müasir meteoroloji təminat sistemlərinə yüksək inteqrallaşdırılma və avtomatlaşdırılma səviyyəsi istiqamətində qoyulan təlblər də artmış olur. Müşahidələrin aparılması üçün ən çox yayılan üç avtomatik stansiya var: AWOS -Almaniya, VAİSALA -Finlandiya, ASOS -ABŞ, KRAMS-4 isə Rusiya istehsalıdır. Bu stansiyalar vasitəsilə meteoroloji müşahidələr yarım saatdan bir aparılır. Əldə olunan meteoroloji məlumatları kodlaşdırırlar. Bu isə METAR adlanır. Bundan başqa xüsusi müşahidələr də vardır. Xüsusi müşahidələr kodu isə SPESİ adlanır. SPESİ müəyyən kriteriyalar vasitəsilə xüsusi hava təzahürləri üzərində aparılır.
Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir. Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir. Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür. Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir. Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir. Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.